Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını rəis müavini təyin etdi


16:36     25 Fevral 2020 20_02_25_1582634230.jpg

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.


Femida.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Abıyev Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Açar sözlər:

Oxunub: 570