Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək
18:12 25 Fevral 2020
Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən 2020-ci il fevralın 9-a keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq ediləcək, və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlər Konstitusiya məhkəməsinə təqdim ediləcək.
Femida.az -ın məlumatına görə, bu məsələ bu gün MSK-nın iclasının gündəliyinə daxil edilib.
MSK Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri təqdim etdikdən sonra Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin yekunlarını və nəticələrini yoxlayacaq.
Qeyd edək ki, MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Oxunub: 588
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi əmək müqaviləsinin ləğvini nəzərdə tutan hallara dair qərar qəbul edib
- Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
- Konstitusiya Məhkəməsi prokurorun səlahiyyəti ilə bağlı məsələni şərh edib
- Konstitusiya Məhkəməsi Türkiyə vətəndaşının şikayətini icraata qəbul etdi