Çin lideri Azərbaycan Prezidentinə məktub yazdı
17:08 25 Fevral 2020
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.
Femida.az -ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm.
İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.
Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam.
Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".
Oxunub: 615
Oxşar xəbərlər
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Çin Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
- Çin Yerin məsafədən zondlanması üçün iki peyk buraxıb
- Çingiz İsmayılov Moskvada dünyasını dəyişib
- Çin şirkəti Rusiyaya PUA satışını dayandırıb
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub
- Çin lideri Azərbaycan Prezidentini təbrik edib
- Çinlə məhkumların verilməsi haqqında müqavilə imzalanıb
- Çində partlayış olub, ölən və yaralanan var