Bakıda ağac kəsən şirkətə 50 min manat cərimə yazıldı
18:32 25 Fevral 2020
Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Femida.az xəbər verir ki, bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin deyib.
O qeyd edib ki, baxış zamanı ərazidə 1 ədəd qovaq ağacı və 2 ədəd lüqustr kolunun kəsildiyi məlum olub: "Ağac və kolların ərazidə “Casbak-Trade” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib".
Faktla bağlı akt və protokol tərtib olunub. MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə oluması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Oxunub: 638
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb