Sumqayıtda sexdə yanğın oldu, tüstüdən zəhərlənən var


17:21     25 Fevral 2020 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az -a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 607