110 saylı dairə ilə bağlı şikayətə baxıldı


19:02     25 Fevral 2020

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Cəlil Nurlana Məhəmməd qızının və Həsənli Fariz Ramazan oğlunun müraciətinə baxılıb.


Femida.az xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçilər pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb ediblər: “Təqdim olunan materialların araşdırması zamanı 24 və 26-cı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 567