Abşeronda məktəblinin intiharı ilə bağlı cinayət işi başlanıldı


10:06     26 Fevral 2020 2020/02/cinayet-isi-hebs_yeni1_1582697570.jpg

Abşeronda məktəblinin intihar hadisəsi ilə bağlı yeni xəbər var.


Femida.az-ın xəbərinə görə, hadisə fevralın 25-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Şəki rayonunda anadan olmuş, M.Hüseynzadə küçəsi, ev 3, mənzil 26-da yaşayan 2004-cü il təvəllüdlü Ülvi Cəfərli 6 nömrəli binanın 12-ci mərtəbəsində yerləşən binanın eyvanından özünü ataraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 553