"Xocalı 20-ci əsrin ən böyük kədəridir" - Türkiyə səfiri
10:55 26 Fevral 2020
"Hər zaman olduğu kimi açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq".
Femida.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edən zaman jurnalistlərə açıqlamasında deyib.
Səfir bildiriblər ki, şəhidləri anmaq üçün Azərbaycandakı türk toplumlarının nümayəndələri də abidəni ziyarət edib:
"Xocalı faciəsi dünyanın 20-ci əsrdə görülən ən böyük kədəridir. Tarixə qara gecə adı ilə düşən gündən keçən 28 il keçməsinə baxmayaraq hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əksiklikdir. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi Azərbaycanın bu çətin günündə yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".
Femida.az
Oxunub: 556
Oxşar xəbərlər
- Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib - AÇIQLAMA
- Xocalı soyqırımından 30 il ötür
- Xocalının Sığnaq kəndindəki avtobus qəzasında yaralananların son vəziyyəti açıqlanıb
- Xocalıda yeni hərbi hissənin açılışı olub
- Xocalıda silah-sursat aşkarlanıb
- Xocalıda tikinti şirkətinin əməkdaşları minaya düşüb
- Xocalı Polis Şöbəsinə yeni rəis müavini təyin edilib
- Xocalı faciəsi ilə bağlı beynəlxalq simpozium keçirilib
- Xocalı qurbanları bir dəqiqəlik sükutla yad olundu
- Xocalı soyqırımından 29 il ötür