XİN və Baş Prokurorluqdan Xocalı BƏYANATI


11:23     26 Fevral 2020 20_02_26_1582701937.jpg


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.


Femida.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, fevralın 26-da Xocalı soyıqırımının 28-ci ildönümü tamam olur:

“Sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır”.

Sənəddə bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb:

"Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7 500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1 800-dən şahid dindirilib".

Femida.az

Açar sözlər: #Xocalı   #XİN   #BaşProkurorluq  

Oxunub: 977