Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb


12:03     26 Fevral 2020 20_02_26_1582704240.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən, Bakı şəhər sakini Yeganə Hüseynova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılıb.


Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 486