Ombudsman nümayəndələri Silahlı Qüvvələrin hospitalında olublar


12:46     26 Fevral 2020 2020/02/5297e419-ea3e-4a62-ab69-721bc103ce81_1582706818.jpg

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlar hospitalın müxtəlif şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibbi xidməti və təminatla maraqlanıblar.

Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 243