Ötən il 2722 azərbaycanlı qadın Türkiyə vətəndaşı ilə evlənib


13:53     26 Fevral 2020 20_02_26_1582710832.jpg


2019-cu ildə 2843 azərbaycanlı Türkiyə vətəndaşı ilə ailə qurub.

Ötən il Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi gəlinlər arasında azərbaycanlılar 2-ci yerdədir. Belə ki, 2019-cu ildə 2722 azərbaycanlı qadın Türkiyə vətəndaşına ərə gedib.
Birinci sırada suriyalı qadınlar yer alıb. Ötən il 3380 suriyalı qadın Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Bundan başqa, 2019-cu ildə Türkiyə vətəndaşları ilə nikaha girən azərbaycanlı kişilərin sayı 121 nəfər olub. Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi kişilər arasında azərbaycanlılar 5-ci pillədə qərarlaşıb. Türkiyəli qızlarla ailə quran əcnəbi kişilərin statistikasında almanlar lider statusundadır. Son bir ildə 1418 alman kişi türk qızla evlənib. / azvision.az

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 508