Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin məhkəməsi başlayır


14:10     26 Fevral 2020 1398947325_mehkeme.jpg

Gəncə şəhərində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Sirati Məhərrəm Həsən oğlunun cinayət işinin ibtidai istintaqı başa çatıb.

Femida.az xəbər verir ki, cinayət iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Gəncə şəhərinin Bayan küçəsində baş verib. 1965-ci il təvəllüdlü Sirati Məhərrəm Həsən oğlu keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Satir qızına boyun nahiyəsinə iki bıçaq zərbəsi endirib. O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Sirati cinayət məsuliyyətinə cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 240