Traktorun təkəri altına düşərək öldü - Oğuzda


00:38     30 Noyabr 2015 traktor.jpg

Oğuzda 34 yaşlı kişi traktorun təkəri altında düşərək ölüb.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə noyabrın 28-də axşam saat 17:30 radələrində rayonun Calut kəndində baş verib.

Oğuz rayon sakini idarə etdiyi “T-150” markalı dövlət nömrə nişanı olmayan traktorla kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirərək traktoru yolun kənarındakı daş hasara vurub. Bu zaman traktorun açıq qapısı yanında ayaq üstə dayanmış, Oğuz rayonu Bayan kənd sakini, 1981-ci il təvəllüdlü Dağlar Tahir oğlu Yusifov yıxılaraq traktorun təkəri altına düşüb. Nəticədə ağır bədən xəsarətləri alan D. Yusifov hadisə yerində ölüb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1205