"Femida" vəkil bürosu əhaliyə pulsuz hüquqi yardım göstərəcək


14:10     26 Fevral 2020 2020/02/813412_1582712015.jpg


Vəkillər Xaçmaz və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərəcək.

Femida.az bildirir ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 29 fevral 2020-ci il tarixdə "Femida" Vəkil Bürosu tərəfindən Xaçmaz rayonunda yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin binasında saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.



Femida.az

Açar sözlər: #vəkil   #vəkillərkollegiyası   #hüquqiyardım  

Oxunub: 3906