Səhiyyə Nazirliyi koronavirusdan qorunmanın yollarını açıqlayıb - VİDEO
14:16 26 Fevral 2020
Səhiyyə Nazirliyi koronavirusdan qorunmanın yollarını açıqlayıb.
Femida.az xəbər verir ki, video şəklində yayılan məlumatda əlləri yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazım olduğu bildirilib: "Yaxınlığınızda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. İş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlayın.
Qeyd olunub ki, heyvanlar da koronavirusun daşıyıcısı ola bilər: "Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə diqqət edin”, -deyə məlumatda bildirilib.
Oxunub: 451
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Səhiyyə Nazirliyindən əhaliyə VACİB ÇAĞIRIŞ
- Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, yeniləri təyin olunub
- Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib
- Səhiyyə Nazirliyi, Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib
- Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə çağırış edib