Azərbaycan idmançıları koronavirusa görə yarışa gedə bilmədi


15:07     26 Fevral 2020 20_02_26_1582715309.jpg

Livanın paytaxtı Beyrutda keçirilməsi planlaşdırılan para-taekvondo üzrə Açıq Asiya turniri ləğv edilib.


Femida.az -ın məlumatına görə, Türkiyə Taekvondo Federasiyasından "NTV Spor"a verilən açıqlamada yarışın koronavirusa görə baş tutmadığı bildirilir. Martın 2-də start götürməli olan yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.

Lakin Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Report"a verilən açıqlamada Açıq Asiya turnirinin baş tutmayacağı təsdiqlənib. MPK-dan o da əlavə edilib ki, yarışın Təşkilat Komitəsi turnirin baş tutmama səbəbini açıqlamayıb.

ATF-nin Mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov bununla bağlı onlara hansısa səbəbin deyilmədiyini vurğulayıb: "Komandamız yarışa getməyib və bunun üçün heyət baş məşqçi tərəfindən təqdim olunmayıb. Federasiyamıza koronavirusla bağlı məlumat verilməyib. Türkiyə mətbuatında elə yazılıbsa, yəqin, belədir".

Açar sözlər:

Oxunub: 498