Tələbələrin köçürülməsinin nəticələri açıqlanıb


15:25     26 Fevral 2020 TELEBELER.jpg

2019-2020-ci tədris ili üçün tələbələrin köçürülməsinin nəticələri açıqlanıb.



Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Femida.az-a verdiyi məlumata görə, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Tələbə köçürülmələrinə dair geniş məlumat sabah açıqlanacaq.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün tələləbərin köçürülməsi prosesinə başlanılıb. Fevralın 7-dək davam edən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 müraciət qeydə alınıb. Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2668 nəfər, orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 140