Türkiyə XİN: Xocalı soyqırımını qəti şəkildə pisləyirik
15:58 26 Fevral 2020
Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.
Femida.az xəbər verir ki, açıqlamada deyilir:
“Ermənistan Respublikasının birləşmələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə edilən hücumda 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib və yüzlərlə insan yaralanıb. Bundan başqa, 1 000-dən artıq insan Ermənistan silahlı birləşmələri tərəfindən əsir götürülüb. İtkin düşənlərin aqibəti isə bu günədək məlum deyil".
Məlumatda xatırladılır ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq öz ölkələrində köçkün olaraq yaşayırlar: "Hələ də Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Xocalı soyqırımını və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını qəti şəkildə pisləyirik. Azərbaycanlı qardaşlarımızın 28 il öncə Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən bölüşürük. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk”.
Oxunub: 514
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"