Abutalıbov: “Hələ çox həbslər olacaq“


02:24     22 May 2015 hacis.jpg

Binəqədi rayonunda yanan bina ilə bağlı hələ çox həbslər olacaq.


Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün vətəndaşlarla görüşündə deyib. Abutalıbov bildirib ki, bu xəmir hələ çox su aparacaq.

"Yanan binada istifadə olunmuş materialdan Türkiyə, Rusiya və bir sıra ölkələrdə istifadə olunur. Bu üzlük 546 dərəcədə əriməlidir. Üzlüyün odadavamlı olması üçün onun tərkibinə xüsusi maddə vurulur. Qazanc əldə etmək məqsədilə "Global Construction" üzlüyə həmin maddəni vurmayıb. Bundan başqa sözügedən üzlük istifadə olunarkən binanın divarına yapışdırılmalıdır. Bakıda bir çox binalarda isə belə edilməyib. Binanın divarı ilə üzlük arasında boşluq qoyulurdu. Bina alovlananda isə hava bu boşluqdan alovu boca kimi yuxarıya doğru çəkib. Bu da alovun sürətlə yayılmasına səbəb olub", - deyə mer bildirib.

Abutalıbovun sözlərinə görə, sakinlərə ödənilən kompensasiya binanın yanmasında günahkar olan şirkətlərdən cərimə ilə alınan vəsait hesabına ödənilir.

Paytaxtda poliuretan üzlüklü 140 binanın olduğunu deyən İcra başçısıdeyib ki, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcək. 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq". /Ans/

Açar sözlər:

Oxunub: 1055