Masallıda 32 yaşlı keçmiş arvadını və qaynını öldürdü
16:51 26 Fevral 2020

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Femida.az-ın məlumatına görə, hadisə bu gün saat 14 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək orada mübahisə edib. Mübahisə nəticəsində o özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib. S.Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev də hadisə yerində dünyasını dəyişib,Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.
Hadisə yerinə Masallı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Hadisəni törədən S.Ağayev polisin nəzarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- Masallıda yanğın oldu
- Cəlilabad və Masallıda yaşayış yerini tərk edən koronavirus daşıyıcıları saxlanılıb
- Astara və Masallıda yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi aşkarlanıb
- Masallıda koronavirus xəstəsi işlədiyi ət dükanında aşkarlanıb
- Masallıda 27 yaşlı qızı elektrik cərəyanı vurub
- Masallıdakı qətlə bağlı - Prokurorluqdan açıqlama
- Masallıda qadın müəmmalı şəkildə qətlə yetirilib
- Masallıda vəzifə saxtakarlığı etmiş icra nümayəndəsinin məhkəməsi başlayır
- Masallıda qadını kəndirlə boğaraq öldürən şəxs məhkəmə qarşısına çıxarılır
- Masallıdakı məmurların işi məhkəməyə göndərildi