FHN bulvarda intihar edən tələbəni axtarır


17:13     26 Fevral 2020 20_02_26_1582722920.jpg

Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin axtarışları davam etdirilir.


Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib. Onun sözlərinə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, fevralın 25-də Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 470