Tovuzda polis əməkdaşını avtomobil vurub


01:24     30 Noyabr 2015 tovuz%20polis.jpg

Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub.


Femida.az xəbər verir ki, hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Tovuz rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobili saxlamaq istəsə də, sürücü rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub. Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir./apa/

Açar sözlər:

Oxunub: 1089