Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı
19:13 26 Fevral 2020
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-dən "Femida.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 25.06.1983-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılmışdır. İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyulduğundan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olmuşdur.
Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində, 3 nəfər şəxsin əraziyə yaxınlaşaraq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunmuş və onlar hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri, 1980-ci il təvəllüdlü Mehdiyev Qərib Aqil oğlu, 1974-cü il təvəllüdlü Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini 1967-ci il təvəllüdlü Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilmişdir. Bağlamaya baxış keçirərkən, qara rəngli polietilen salafafanda 4374 qram olan narkotik vasitə olan marixuana və 254 qram metofitamin aşkar olunub.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
- Azərbaycandan bu il üçün 2 fındıq partiyasının ixracına icazə verilməyib
- Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb
- Azərbaycandan İrana keçməyə cəhd edən şəxs saxlanılıb
- Azərbaycandan xaricə oxumağa gedənlərin sayı açıqlanıb
- Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir
- Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndəriləcək
- Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib