Xəstəxana yaxınlığından top mərmisi tapıldı


20:56     26 Fevral 2020 anama_040716_(1)0.jpg



Gəncədə xəstəxananın yaxınlığında top mərmisi tapılıb,

Bu barədə Femida.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Xəbərə görə, fevralın 26-da saat 16.33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Gəncə şəhəri, Nizami rayonu ərazində yerləşən 3 saylı şəhər xəstəxanasının yaxınlığında, körpünün altında qazıntı işləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilməsi barədə məlumat daxil olub.

ANAMA-dan APA-nın yerli bürosuna verilənən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Mərkəzinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

ANAMA-nın əməkdaşı Qadir Namazəliyev APA-nın yerli bürosuna bildirib ki, agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 152 mm-lik top mərmisi aşkar olunub. Ərazidə təhlükəsizlik işləri aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 664