Ağdaşda ağır qəza


01:56     30 Noyabr 2015 agdas.jpg

Ağdaşda yol qəzası nəticəsində bir nəfər ölüb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonunun Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Nəticədə maşında olan 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı hadisə yerində ölüb.

Onun meyitini avtomobildən FHN-nin xilasetmə qüvvələri tərəfindən çıxarılıb.

Açar sözlər:

Oxunub: 1261