Payız-qış mövsümünə hazırlıqla bağlı qayda təsdiqləndi


22:16     26 Fevral 2020 nazirler_kabineti.jpg

Nazirlər Kabineti "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası"nı təsdiq edib.

Femida.az bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu qayda "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanb və elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını müəyyən edir.

Bu qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti səlahiyyətli nəzarət qurumu həyata keçirir.

Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 386


Oxşar xəbərlər