Azərbaycanda hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb
11:39 27 Fevral 2020
Bu gün Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilərək Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları açıqlanıb.
Femida.az-ın məlumatına görə, Azərbaycan Hotellər Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam təlim zamanı iştirakçıları ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırıb.
Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.
G.Sağlam qeyd edib ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna bu ilin may ayından başlanılacaq.
Tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının Ulduz Təsnifatı üzrə Meneceri Rəşad Niyazov, "Ecober Azerbaijan"ın satış meneceri Gökmen Kesab, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov, dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.
Bildirilib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.
Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.
Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.
Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb.
Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.
Femida.az
Oxunub: 730
Oxşar xəbərlər
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Bu gündən buster dozası olmayanlar restoran, hotel və ticarət mərkəzlərinə daxil ola bilməyəcək
- Bakıda karantini pozan hotelin icarədarı saxlanılıb
- Müğənni arvadını moteldə öldürməyindən danışdı
- Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub
- Şamaxıda otel icarədarı cərimələndi
- Prezidentlə xanımı yeni hotel açılışında - FOTO
- İlham Əliyev Bakıda otel açılışında iştirak edib
- Prezident ailə üzvləri ilə “Xarı Bülbül” otelində - Fotolar
- Sumqayıtda oteldə arvadını öldürən şəxsin məhkəməsi başlayır