MTN generalı şikayətini geri götürüb


11:43     27 Fevral 2020 mehkeme7.jpg

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və həmin idarənin əməkdaşı Natiq Alıyevın kassasiya şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Sübahir Qurbanov məhkəməyə ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürüb.

Natıq Alıyev şikayəti üzrə məhkəmə isə qapalı keçirilib.

Proses martın 6-a təyin edilib. Xatırladaq ki, Sübahir Qurbanov bir neçə dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib, daha sonra geri götürüb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib.

Qərardan narazı qalan şəxslər Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 324