Sumqayıtda avtomobil oğurluğu kameraya düşüb +VİDEO


11:48     27 Fevral 2020 20_02_27_1582789905.jpg

Azərbaycanda avtomobil oğurluğu anbaan kameraya düşüb.


Femida.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 3-cü mikrarayon ərazisində baş verib.

Rəsulov Cahid Rəhman oğluna məxsus 50 DF 398 dövlət nömrə qeydiyyat nişanlı avtomobil yaşadığı evin həyətindən oğurlanıb.

Maşın sahibinin sözlərinə görə, hadisə fevralın 23-dən 24-nə keçən gecə saat 03:54 radələrində baş verib.

Oğurluq anının görüntülərini saytımıza təqdim edən avtomobilin sahibi bildirib ki, bu maşını əziyyətlə əldə edib. O, avtomobilinin tapılması üçün insanlardan kömək istəyib.

Xatırladaq ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Avtomobilin görüntülərini təqdim edirik:








Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1738