2266 tələbə universitetini dəyişəcək - TƏSDİQLƏNDİ


12:08     27 Fevral 2020 ecnebi%20telebeler.jpg


Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.


Təhsil Nazirliyindən bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3 083 nəfər müraciət edib.

Onlardan 2 266 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2 668 nəfərdən 1 915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1 858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə, 8 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. / Report

Femida.az

Açar sözlər: #tələbə   #universitet  

Oxunub: 224