FHN gün ərzində baş verən yanğınların sayını açıqladı
12:31 27 Fevral 2020
"Yanğınların cəmi 4-5%-i təbii faktorlardan asılıdır. Qalan hallarda baş verən yanğınların əsas səbəbkarı insanlardır. Gün ərzində orta hesabla 5-6 yanğın hadisəsi baş verir".
Femida.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov deyib.
Onun sözlərinə görə, ötən il 2 315 yanğın hadisəsi baş verib: "Nəticədə 53 nəfər ölüb, 231 nəfər xəsarət alıb. Bütün yanğınlar 19,9 mln. manat ziyan vurub”.
Nazirlik rəsmisi bildirib ki, yanğınların əksəriyyəti elektrik təsərrüfatı avadanlıqlarından düzgün istifadə edilməməsi səbəbindın baş verir:
"Ötən il Səbail rayonunda 2, 2018-ci ildə Səbail və Binəqədi rayonlarında 2, bu ilin yanvarında isə Binəqədi rayonunda 1 oteldə yanğın olub. Bu 5 yanğının başvermə səbəbi elektrik cihazlarından düzgün istifadə edilməməsi olub".
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb