Hacı Talehin silahlı tərəfdarları tutuldu - TƏCİLİ


03:26     30 Noyabr 2015 837855eb019588307702893f757e8b1d.jpg


Bu gün kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdırmaqda və din pərdəsi altında fəaliyyət göstərməkdə ittiham olunan dəstənin üzvü Elman Ağayev Lənkəranda saxlanılıb.

Femida.az lent.az-a istinadən xəbər verir ki, polis E. Ağayevi şübhəli şəxs qismində saxlayaraq, Bakıya gətirib.


Qeyd edək ki, dəstə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda da E. Ağayevin adı çəkilir: "Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib”.

Bu gün Neftçala rayonunda da eyni dəstə ilə əlaqəsi olan 2 nəfər saxlanılıb. Musavat.com-a daxil olan məlumata görə, MTN və DİN-nin birgə keçirdikləri əməliyyat tədbirləri zamanı, rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.

Saxlanılan şəxslərin Nardaran hadisələrinin səbəbkarı Taleh Bağırovun ən yaxın adamları olduğu bildirlir.

Açar sözlər:

Oxunub: 2326