Polis iki nəfərdən silah götürdü


13:06     27 Fevral 2020 silah.PNG

Şabran və Ağdaş sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Şabran rayon Rəhimli kənd sakini V.Musayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Həmçinin Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəribli kənd sakini A.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 450