Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı
13:40 27 Fevral 2020
Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.
O bildirib ki, vizasız gediş-gəlişi haqqında Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın iclasında imzalanıb.
İclasda həmçinin “Güzəştli Ticarət Sazişi” və Naxçıvana dəmir yollarının inşası haqqında razılaşmalar da daxil olmaqla 13 saziş və 1 birgə bəyannamə imzalanıb.
"İki ölkə vətəndaşları indiyə qədər qarşılıqlı olaraq 30 günə qədər turist kimi vizasız səyahət edə bilirdilər. Yeni sazişlə bu müddət 90 günə qədər artırılıb. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq, məhdudiyyətlər aradan qaldırılacaq. Çünki məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyə vətəndaşların şikayətlərinə səbəb olurdu”, – səfir bildirib.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Belçika iyulun 1-dən Rusiyaya vizaların verilməsini dayandıracaq
- Zelenski: "Ukrayna Rusiya ilə viza rejimi tətbiq edəcək"
- Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- Bolqarıstan azərbaycanlıların Ukraynanı tərk etməsini nəzərə alaraq viza tələbini ləğv edib
- Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
- Azərbaycan və Serbiya arasında viza rejimi ləğv olunur
- Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
- Azərbaycana turist kimi gələn əcnəbilər turizm vizası alacaqlar
- ABŞ vizası vədini verən şəxs 17 minlik dələduzluq edib