Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub


14:11     27 Fevral 2020 2018/09/ovcu_1537536158.jpg

Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub.


Femida.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Onun dözlərinə görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb: "Onlardan 10 nəfərin ov qaydalarını pozduğu üçün Azərbaycandan deportadiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

H.Əlizadə, həmçinin ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb: "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etməmək, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Pouzuculara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2 min manata qədər cərimə tətbiq edilib".

Açar sözlər:

Oxunub: 390