Koronavirusa yoluxan şəxs Azərbaycan gömrüyündə belə yoxlanılıb - VİDEO


14:26     27 Fevral 2020 20_02_27_1582799169.jpg

Dövlət Gömrük Komitəsi İran İslam Respublikasından Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı məlumat yayıb.



Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.



Bildirilib ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb.

“Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib. Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb”, - deyə məlumatda qeyd olunub.



Açar sözlər:

Oxunub: 286