İraq Prezidenti İlham Əliyevi təbrik edib


14:37     27 Fevral 2020 prezident2.jpg

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Femida.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Milli Məclisinə bu yaxınlarda keçirilmiş növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə əməkdaşlıq yolu ilə daha da inkişaf etməsini arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 503