ƏƏSMN günəmuzd çalışan qadınları daimi işlə təmin edəcək


15:07     27 Fevral 2020 2020/02/87516847_3478935048843735_7377597957224267776_o_1582801911.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Maştağada günəmuzd çalışan qadınların işlə təmin edilməsi üçün onlarla söhbətlər aparıb.

Femida.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O, bildirib ki, Maştağa qəsəbəsində gündəlik qazanc müqabilində işçi xidmətləri təklif edən qadınların hər biri ilə daimi işlərlə təmin edilmələrinə köməklik üçün söhbət aparılıb.
Onlara istər ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olunub. Qadınlara bildirilib ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər".

"Müxtəlif KİV-lərə müsahibələrində daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə etdilər.

Hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir", deyə F.Talıbov qeyd edib.

Femida.az

Açar sözlər: #ƏƏSMN   #nazirlik  

Oxunub: 887