Prezident: “Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşması yeni imkanlar açacaq”


15:19     27 Fevral 2020 2020/02/1582799372831_dwIEgzL2_1582802420.jpeg

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mütəmadi keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuza görə təşəkkür edirəm”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasına davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istərdim ki, ötən görüşümüzdən bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanıstan sərhədinə çatdırdıq. Bu, Cənub Qaz Dəhlizinin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə - gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin tamamlanması barədə məlumat verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 214