Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı


15:47     27 Fevral 2020 20_02_27_1582804073.jpg

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən mənzilin qarajında aksiz markası olmayan siqaretlərinsaxlanılmasına və həmin ərazidən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı avtomobil ilə daşınmasına dair əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı qarajda və avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilkdə 176 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 568