Azərbaycanda 1 milyona yaxın köhnə işıq sayğacı dəyişdiriləcək


18:12     27 Fevral 2020 2020/02/e8217e89-9abb-4d9e-94af-5c5c104dc78d_1582804706.jpg

“Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”.

Femida.az -ın məlumatına görə, bunu “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

Onun sözlərinə görə, belə hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə qeydə alınır: “Bunu edən abunəçilərə qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq".

“Azərişıq” rəsmisi həmçinin əlavə edib ki, son 5 ildə ölkədə 1,2 milyon yeni sayğac quraşdırılıb: “Bundan sonra 1 milyona yaxın istismar müddəti keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək".

Açar sözlər:

Oxunub: 451