Azərbaycanda koronavirusa görə məktəblərin bağlanacağı xəbərinə rəsmi cavab
09:04 28 Fevral 2020
"Bu gün orta məktəblərdə, o cümlədən ali təhsil ocaqlarında hər hansı bir məhdudiyyət tətbiq etməyə ehtiyac yoxdur"
Bunu "Real TV"-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, indiki durumda hər hansı təşvişə gərək yoxdur: "Bəzi universitetlərimizdə xaricdən oxuyan tələbələr var idi. Onlar özləri bizə müayinə olunmaq üçün müraciət etdilər. Onlardan götürülən analizlərin cavabı neqativ çıxıb. Yəni, hər hansı təşvişə ehtiyac yoxdur. Amma universitetlərimiz bir məsələyə xüsusi diqqət yetirməlidirlər. Bəzi tələbələr var ki, onlar riskli bölgələrdə yaşayırlar. Onlar da, onların tələbə yoldaşları da diqqətli olsunlar. Belə bir fakt görən kimi, bizim müəsissələrə müraciət etsinlər. Orta məktəblərdə isə şəxsi gigiyena qaydalarına riayət edilməsindən başqa, xüsusi tədbir görməyə ehtiyac yoxdur. Əgər görsək, rəsmi olaraq müraciət edəcəyik".
Oxunub: 457
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib