Məhkəmə orqanlarında çalışmaq istəyənlərin nəzərinə - ELAN


14:50     07 Aprel 2015 mehkeme_zali.jpg

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Femida.az-a verilən məlumata görə, Komissiya 2015-ci il apreli 7-dən 6 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 19 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

- vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),

- digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),

- azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu aprelin 7-dən 27-ə kimi saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin aprelin 7-də dərc edilib və həmin gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi internet saytında - www.dqmk.az verilib.

Femida.az 

Açar sözlər:

Oxunub: 990