Masallıda arvadını və qaynını öldürən şəxs Bakıya gətirildi


12:36     28 Fevral 2020 xestexana9.jpg

Masallı rayonunun Təzəkənd kəndində 2 nəfəri qətlə yetirən, özünü və qayınanasını güllələyən şəxs Masallı rayon Mərkəzi Xəstəxanasından Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb.


Bu barədə Femida.az-a Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisəni törədən şəxs əməliyyat olunduqdan sonra Bakıya göndərilib: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü alt çənəsindən güllələyib. Nəticədə onun alt və üst çənəsi dağılıb, burnu qopmuşdu. Burada ilkin əməliyyat olunandan sonra xəstə 1 saylkı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsinə köçürüldü. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. O bud nahiyəsindən qəlpəli yaralar almışdı. Qadının vəziyyəti normallaşdığı üçün reanimasiya şöbəsindən travmatologiya şöbəsinə köçürülüb".

Xatırladaq ki, fevralın 26-da Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxs polis nəzarətinə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 226