Prokurorluq Şəkidəki ölümlə bağlı məlumat yaydı


12:51     28 Fevral 2020 seki_esas_0014.jpg

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Yusif Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

Şəki rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib. Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 478