Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb


13:46     28 Fevral 2020 20_02_28_1582883231.jpg


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #polis   #cinayət  

Oxunub: 463