"ASAN xidmət"də sualları robot cavablandıracaq – YENİLİK


13:51     28 Fevral 2020 20_02_28_1582883531.jpg

“Yaxın zamanda ASAN Xidmət mərkəzlərində ASAN bot-lar istifadəyə veriləcək. Çağrı mərkəzlərinə ünvanlanan sualları artıq süni intellekt cavablandıracaq”.

Bu haqda “Süni intellekt və əhəmiyyəti” mövzusunda görüşdə çıxış edən Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Fariz Cəfərov bildirib ki, hazırda AsanBot test rejimində istifadədədir:

“Bu tətbiq Teleqram sosial şəbəkəsində də test edilir. ASAN botlar yazılan sualları rahat şəkildə cavablandırıcaq. Məsələn, vətəndaş müraciətini yazır və qarşı tərəfdən ona lazım olan datalar çıxarılıb təqdim olunacaq. Gələcəkdə ASAN bot-lara daha bir yenilik əlavə etmək nəzərdə tutulub. Məsələn, vətəndaş ASAN bota-a yazaraq cərimə ödəyəcəyini bildirir. Süni intellekt hansı cəmirə olduğunu soruşduqda vətəndaş avtomobil cəriməsini yazır. Bu zaman ASAN bot müraciət edən şəxsdən soruşur ki, bu cərimə sizindir ya ailə üzvünüzün? Vətəndaşın cavabından sonra ASAN bot ASAN ödəniş sistemindən qarşı tərəfin cəriməsini çıxarır və vətəndaş bir düyməni sıxmaqla cəriməsini ödəyəcək. Bu yenilik tətbiq olunduğunda, müraciət edən şəxs ASAN Ödənişə daxil olub ödəniş edib çıxmayacaq”. / ted.az

Femida.az

Açar sözlər: #ASANxidmət  

Oxunub: 993