Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanıldı


15:12     28 Fevral 2020 2020/02/din-(2)_1582888406.jpg

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 evdən oğurluq edən şəxs saxlanılıb.


Bu barədə Femida.az-ın Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov ötən ilin dekabr ayında və bu ilin fevral ayında rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl-zinət və müxtəlif məişət əşyalarını oğurlayıb.

O, ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 456