Dövlət Komitəsi də “Qaynar xətt" yaratdı
17:03 28 Fevral 2020
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Qaynar xətt" yaradılıb.
Komitədən Femida.az -a verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə Komitənin (012) 437-31-15 saylı "Qaynar xətt”i, həmçinin DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi bağlı (012) 1845 nömrəli “Dini sorğu xidməti” fəaliyyət göstərir.
Məlumatda qeyd edilib ki, vətəndaşlar tərəfindən "Qaynar xətt” vasitəsilə Komitəyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçirilir.
Daxil olan şikayət və təkliflər Komitənin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul edilir, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görülür.
"Qaynar xətt” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək zəngləri qəbul edir.
Saat 18:00-dan sonra isə vətəndaşlar (012) 492-58-29 saylı nömrə ilə əlaqə saxlaya bilərlər.
Oxunub: 489
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib